Hazır mebel satışı ilə birlikdə “TM Mebel” şirkəti sifarişçinin istəyinə uyğun olaraq hər növ mebel istehsalı xidmətini də təklif edir. Burada alıcının ağlında belə bir sual yarana bilər – Hansı daha sərfəlidir: Hazır mebel sifarişi, yoxsa sifarişlə mebel istehsalı?
Öncədən onu deyək ki, mebel şirkəti üçün alıcının hansını seçməsi arasında fərq yoxdur: istər hazır mebellər modellərindən biri seçilsin, istərsə də vitrində olmayan yeni bir mebel modeli sifariş verilsin – hər iki halda mebellər pulsuz olaraq çatdırılır və yerində quraşdırılır.
Hazır Mebel və Mebelin Sifarişi Arasında Nə Fərq Var?
Alıcı mebel dükanındakı hazır mebellərdən birini seçdikdə, çox zaman satıcı alınan mebelin ödənişsiz olaraq çatdırılması və quraşdırılması ixdmətlərini də təklif edir. Bu, satıcının hazırda anbarda olan bir mebeli satması deməkdir və satın alınan mebel tez bir zamanda tədarük edilir.
Ancaq sifarişlə mebel istehsalı, alıcının arzularına uyğun olaraq özəl dəsign edilir və mebelin ölçüləri yerləşəcəyi məkana görə təyin edilir. Bu, mebellərin hər bir müştrinin öz dəyərlərinə, zövqünə və hətta büdcəsinə uyğun materiallardan hazırlanması deməkdir. Bu növ sifarişlərdə, alıcının istəklərinə uyğun mebellər özəl olaraq hazırlanacağından daha çox zaman tələb edir və qiyməti də daha yüksək olacaqdır.
Bəzi hallarda daha çox hazır mebel sifarişi tərcih edilir, çünki daha az zaman və ya daha az büdçə tələb olunur. Digər hallarda isə, özəl dəsign və ölçülərə uyğun mebellərin istehsalı lazım ola bilər. Beləliklə, mövcud mebel modelləri istənilən ölçülərdə və ya müştərinin öz xüsusi tələblərinə uyğun mükəmməl mebel istehsal edilir.
Mebel Sifarişi Hazır Mebeldən Bahadır?
Dəyişik faktorlara bağlı olaraq, özəl mebel sifarişləri hazır mebellərdən ucuz, ya da daha bahalı ola bilər. Bəzi hallarda sifarişçinin istəklərinə uyğun mebel istehsalı hazır mebellərdən daha ucuz ola bilər. Ancaq daha çox bunun tərsinə olması ilə qarşılaşırıq, çünki daha çox məhsul satmaq üçün şirkətlər geniş miqdarda mebel istehsal edəcəklər. Beləliklə, geniş kütləyə çatmaq və satışları artırmaq üçün həddindən artıq miqdarda məhsul hazırlanır. Bu, böyük sayda hazırlanmış hər bir mebelin dəyərini aşağı salır. Özəl mebel sifarişləri isə əksinə, yalnız bir müştəri üçün istehsal edilir və bir-birinə bənzəmədikləri üçün, müəssisənin hər bir əsas məhsulunu böyük miqdarda istehsal etməsindən daha bahalı ola bilərlər.
Həmçinin, özəl mebel sifarişləri müxtəlif səbəblərdən daha bahalı ola bilər, çünki əksər hallarda, məhsulun hazırlanması üçün müəssisənin xüsusi material və avadanlıqlarına ehtiyacı olur və müəssisə bunları əldə etmək üçün daha çox məbləğ xərcləyir. Digər tərəfdən özəl sifarişlərin təcili olması, istifadə olunan xüsusi materialların həssas və ya nadir olması kimi faktorlardır ki, bu da dəyər artımına səbəb ola bilər.
Beləliklə, özəl mebel sifarişləri hazır mebellərdən daha ucuz ya da daha bahalı ola bilər. Bununla birlikdə, məhsulun keyfiyyəti və estetikasında gözlənən fərq, özəl mebel sifarişlərinin qiymətinə təsir edə bilər.
Özəl Mebel Sifarişləri
“TM Mebel” şirkəti sizlər üçün özəl olaraq mebellərin sifarişlə hazırlanması xidmətini təklif edir. Şirkətimizdə aşağıdakı növ və funksiyalı mebelləri sifariş verə bilərsiniz:
- Mətbəx mebellərinin sifarişi
- Yataq otağı üçün mebel sifarişi
- Qonaq otağı mebelləri sifarişi
- Yumşaq mebellərin sifarişi
- Uşaq otağı üçün mebellərin sifarişi
- Gənc otağı üçün mebel sifarişi
- Hamam mebellərinin sifarişi
- Camaşırxana üçün mebellərin sifarişi
- Qarderob otağı üçün mebellər sifarişi
- Bağ mebeli sifarişi
- Kitabxana, ya da oxu zalı üçün mebel sifarişi
- İş otağı və ofis mebellərinin sifarişi
- Kafe və restoranlar üçün mebel sifarişi
- Otel mebellərinin sifarişi
Şirkətimizdə mebel sifariş vermək üçün uyğun formanı doldurub göndərməyiniz yetərlidir. Sifariş formasını göndərdikdən ən qısa zaman sonra əməkdaşlarımız sizinlə əlaqə saxlayacaq. Beləliklə, sifarişinizdəki ən xırda detalları da aydınlaşdıracağıq. Bundan sonra sizə rahat olan vaxtda ölçülərin götürülməsi və ilkin dizaynların hazırlanması üçün məkanınıza gələcəyik.
Bir cavab yazın