Hansı daha yaxşıdır: təbii mərmər, yoxsa süni mərmər?

Təbii Mərmər yaxşıdır, yoxsa Süni Mərmər?

“Təbii mərmər?” yoxsa “Suni mərmər?” sualının cavabını axtaranlar yaxın otursunlar. Bu bloq yazımızda mətbəx mebelləri və pəncərə altlıqları üçün hansı növ mərmərdən istifadənin daha yaxşı olduğunu araşdıracağıq.

Mətbəximizi yeniləyərkən dəzgah seçimi ən böyük çətinliyimizdir. Təbii mərmər və süni mərmərlə yanaşı qranit, karian kimi materiallar da bizi bir o qədər çaşdırır. Biz isə ən ucuz qiymətə ən yaxşı materialı seçmək istəyərik, bu təbiidir.

Süni Mərmər (Tökmə Mərmər)

Süni mərmər – bəzi maddələrin birləşməsi ilə meydana gəlir. Dolamit və maye poliester maddələrinin kimyəvi reaksiyaya salınması ilə, kobalt başda olmaqla digər fərqli xammalların əlavə olunması ilə mərmər istehsal edilir. Buna tökmə mərmər də deyilir. Əsas üstünlüyü ləkə götürməməsidir. Eyni zamanda istiliyi izolyasiya edən, dayanıqlı bir materialdır.

Olduqca geniş rəng çeşidi olan bu material uzun ömürlüyü və möhkəmliyi ilə seçilir. Keyfiyyətinə gələrsək heç də dözümsüz bir material deyildir. Hər kəsin bildiyi “yalnış” isə süni mərmərin keyfiyyətsiz olmasıdır. Bu tamamən səhf düşüncədir. Süni mərmər olduqca keyfiyyətli və dayanıqlı bir materialdır. Əgər sizi də “Süni mərmər?”, yoxsa “Təbii mərmər?” sualları düşündürürsə, heç düşünmədən “Süni mərmər” sifariş verə bilərsiniz. Özü də könül rahatlığı ilə, illərcə istifadə edəcəksiniz.

Təbii Mərmər

Təbii mərmər – 100 % təbii bir materialdır: yer qabığında yüksək temperatur və yüksək təzyiqin təsiri ilə əmələ gələn metamorfik qayadır. Əsasən kalsit, əhəngdaşı, serpantin və dolomitdən ibarətdir. Rəng çeşidi olduqca genişdir. Düz ağ, qəhvəyi, qara, boz və başqa rəng seçimlərinə görə qiymətlər fərqlənir.

Dəzgahında təbiilik axtaranlar üçün təbii mərmər ən uyğun seçimdir. Ancaq təbii mərmərin bir çox mənfi cəhətləri vardır. Zərbəyə nisbətən davamsız olmaqla yanaşı tez cızılan və deformasiya olunandır. Nə qədər ehtiyatlı istifadə olunur olunsun, limon suyu, qəhvə, bir sıra şəkərli mayelər mərmərin ləkələnməsinə səbəb ola bilər.

Təbii mərmər və süni mərmərin üstünlükləri

Təbii mərmər və süni mərmər eyni məqsədə xidmət edir, amma hər birinin fərqli özəllikləri var. Süni mərmərin (tökmə mərmərin) üstünlüyü müxtəlif stil və rənglərdədir. Mərmərin birləşməsi gözə dəymir, ona görə də güclü bütövlük var. Təbii mərmərdən daha elastikdir.

Təbii mərmərin dezavantajı odur ki, o, tikişsiz ola bilməz və birləşmə nöqtəsindəki taxıllar tamamilə uyğunlaşdırıla bilməz. Təbii mərmər daha təbii bir görünüş versə də, daha yumşaq və çatlaqlara meyllidir. Süni mərmər isə insan tərəfindən hazırlanır, daha sərt və dayanıqlıdır.

Nəticə olaraq, süni mərmər və ya təbii mərmər üzərində seçim müştərilərin öz şəxsi tələblərinə və istəklərinə bağlıdır. Qiymət, görünüş, dayanıqlılıq, rəng və stil seçimi kimi müxtəlif faktorlar göz önündə olmalıdır.

TM Mebel şirkəti – Xırdalanda mətbəx mebeli üçün süni mərmər, mebel və metal tor istehsalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir